Rayon komandası meydana çıxmaqdan imtina etdiyi üçün…

03:30 Hadisə 74
Rayon komandası meydana çıxmaqdan imtina etdiyi üçün…

AFFA U-12 Liqasında çıxış edən Sumqayıtın “Odlar Yurdu” komandası yarışlardan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

“Məhəllə uşaqları” (Sumqayıt) ilə oyun “Odlar Yurdu”nun heyətində yetərsay olmadığına görə baş tutmayıb.

Buna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığından adıçəkilən kollektiv yarışdan kənarlaşdırılıb.

AFFA U-15 Liqasında keçirilməli olan “Karvan-Yevlax” – “Xudat City” görüşü isə ikincilər meydana çıxmaqdan imtina etdiyinə görə baş tutmayıb. Bu üzdən “Xuda City”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!