Binə stadionunun süni ot örtüyü FİFA tərəfindən yenidən “Quality Pro” sertifikatına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
I Liqa təmsilçilərindən "Şəfa" və MOİK, 2-ci liqada isə "Dinamo" ev oyunlarını Binə stadionunda keçirəcək.


