Millimizin keçmiş hücumçusu Rivaldo ilə bir arada - FOTO

30 Aprel 23:20 Hadisə 182
Millimizin keçmiş hücumçusu Rivaldo ilə bir arada - FOTO

Vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Leandro Qomeslə Andre Ladaqa ölkəmizdə keçirdiyi günləri unutmur.

Keçmiş braziliyalı futbolçular sosial şəbəkə hesablarında təxminən 20 il əvvəllə bağlı şəkillər paylaşır, xatirələri bölüşür.

“Feysbuk”da aktivliyi ilə diqqət çəkən Leandro Qomes bu dəfə dünya futbol ulduzu, əfsanəvi Rivaldo ilə görüşünü yada salıb.

O, Azərbaycan millisinin heyətində təlim-məşq toplanışında olarkən istorahət imkanından istifadə edərək həmyerlisi və millidəki dostu Ernani Pereyra ilə alış-verişə yollanıb.

Təsadüfən Rivaldo ilə qarşılaşan yığmamızın üzvləri onunla şəkil çəkdirmək imkanını boşa verməyib.

Qomes sözügedən foto barədə bu sözləri yazıb:

“Azərbaycan millisinin istirahət günündə Ernani Pereyra ilə mənə 5 qat dünya çempionu, kumirim Rivaldo ilə şəkil çəkdirmək nəsib olmuşdu”.

Avqustda 50 yaşı tamam olacaq Leandro 2004-2009-cu illər aralığında “Bakı”, “Olimpik” və “Karvan”ın heyətində 129 oyunda meydana çıxmaqla 42 qola imzasını yazdırıb.

“Bakı”nın heyətində Azərbaycan çempionu olub, ölkə kubokunu başı üzərinə qaldırıb.

Braziliyalı hücumçu Azərbaycan millisində 18 matçda rəqib qapılarına yol tapa bilməyib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!