Premyer Liqanın 29-cu turunda Azərbaycan derbisi keçirilib.
“Palms Sports Arena”da baş tutan qarşılaşmada “Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş qonaqların
5:1 hesablı qələbəsiylə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai vurub.
Meydan sahiblərindən isə 21-ci dəqiqədə Elvin Bədəlov adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.
Oyundan əvvəl hər iki komandanın azarkeşləri birlik nümayiş etdirib.
Belə ki, start fitindən 15 dəqiqə əvvəl “Qarabağ” fanatları kütlə halında “Azərbaycan hakimi, futbolumuzun qatili” şüarını səsləndirib.
“Neftçi”sevərlər rəqib tərəfdarların səsinə səs verərək eyni sözləri işlədib ki, bu da arenada maraqlı görüntü yaranıb.
HƏBİB / SPORTİNFO.AZ
Həmin anların videosunu təqdim edirik.

