Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu, bir müddət öncə mayor rütbəsi alan Hacı Əliyev özünə ad günü keçirib.
O, 35 yaşını təntənəli şəkildə qeyd edib.
Mərasimə idman sahəsindən bir çox tanınmış simalar qatılıb.
Onlar arasında fəaliyyətini dayandırmış “Bakı“nın prezidenti Hafiz Məmmədov və “Qarabağ”ın aş məşqçisi Qurban Qurbanov da yer alıb. Cütlük tədbir əsnasında görüşüb və şəkil çəkdirib.
Beləcə, 2015-ci ildə futbol səhnəsindən çəkilmiş klubun başqanı uzun müddət sonra görüntülənib. Tanınmış keçmiş iş adamının bu zaman kəsiyində xeyli arıqladığı, saçlarının ağardığı nəzərə çarpıb.
Fotodan görünür ki, Qurbanov Məmmədovla görüşməsindən məmnundur - üzünün gülməsindən də bu, hiss olunur.
Bir məqamı mütləq qeyd edək - Q.Qrubanov H.Məmmədovun ən çox simpatiya bəslədiyi yerli mütəxəssisdir.
“Bakı“nın mövcud olduğu illərdə onu bura gətirməyi arzulayıb. 2013-cü ilin aprelində, “Bakı“ ilə “Atletiko“nun yoldaşlıq görüşündə də onu iş başında görmək istəyib.
Həmin vaxt hər iki klubun sahibi olan Məmmədov “Bakı“nın məhz Qurbanovun rəhbərliyi altında meydana çıxmasını planlayıb.
Bu məqsədlə onunla görüşüb, razılığını alıb. F
ikir belə idi: Azərbaycanın ən yaxşı futbolçuları 1 oyunluq da “Bakı“ formasıyla meydana çıxmalı, texniki zonada isə Qurbanov dayanmalı idi.
Mərdiməzarı axtarmaqla deyil ki… “Hafka“ ləqəbli biznesmenin projesinə qısqanclıqla yanaşan AFFA-nın ovaxtkı rəhbərliyi bu ideyanı əngəlləmişdi.
SPORTİNFO.AZ

