Sumqayıt komandası çempionatdan kənarlaşdırıldı

04:00 Hadisə 78
Sumqayıt komandası çempionatdan kənarlaşdırıldı

Sumqayıtın "Odlar Yurdu" komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Komandanın "Məhəllə uşaqları" (Sumqayıt) ilə matçı heyətlərində yetərsay olmadığı üçün baş tutmayıb. "Odlar Yurdu" 0:3 hesablı texniki məğlubiyyət alıb və bu hal üçüncü dəfə təkrarlandığına görə turnirdən uzaqlaşdırılıb.

Bundan əlavə, AFFA U-15 Liqasında "Xudat City" komandası "Karvan-Yevlax"la görüşə çıxmaqdan imtina etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!