Azərbaycanlı futbolçu portuqaliyalı ulduza ŞOK OLAY yaşatdı! - VİDEO

01:00 Hadisə 129
Azərbaycanlı futbolçu portuqaliyalı ulduza ŞOK OLAY yaşatdı! - VİDEO

"Golazo" mini-futbol turnirində çıxış edən Təmkin Xəlilzadə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, "Volves"in futbolçusu turnirdəki ilk görüşünü keçirib. Onun komandası ulduz futbolçuların çıxış etdiyi "Qara Pantera" (Black Panter) ilə üz-üzə gəlib.

Matçın maraqlı anlarından biri Xəlilzadə ilə rəqibin ulduzu Rikardo Kuarejma arasında yaşanıb. Azərbaycanlı futbolçu müdafiə olunarkən portuqaliyalı əfsanə ilə sərt hava mübarizəsinə girib.

Bu epizod zamanı Kuarejma özünü itirib. Lakin Təmkinin rəqibindən dərhal üzr istəməsi vəziyyətin gərginləşməsinə imkan verməyib.

Görüş "Volves"in 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!