Bəs burada “Qarabağ”ın qapısına penalti niyə verilməyib? - VİDE0

19:40 Hadisə 122
Bəs burada “Qarabağ”ın qapısına penalti niyə verilməyib? - VİDE0

Çempionlar Liqasında yarımfinal mərəhləsində baş tutan PSJ – “Bavariya” matçındakı (5:4) penalti qərarı sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı müzakirələrə yol açıb.

Oyunun 45-ci dəqiqəsində Usman Dembelenin cərimə meydançasında vurduğu zərbə Alfonso Deyvisin əlinə dəyib.

Baş hakim Sandro Şerer bu epizoddan sonra münxenlilərin qapısına penalti təyin edib.

Maraqlıdır ki, sosial şəbəkələrdə azarkeşlər həmin epizodu Misli Premyer Liqasının “Zirə” – “Qarabağ” oyunu (1:3) ilə müqayisə edirlər.

Belə ki, sözügedən oyunda top “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin əlinə dəysə də, baş hakim Fərid Hacıyev “davam” qərarı vermişdi.

Halbuki epizod “Zirə” tərəfinin haqlı kəskin etirazına səbəb olmuşdu.

Hətta oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında həmin fraqmentin penalti olduğunu demişdi.

İndi isə sosial şəbəkə istifadəçiləri hər iki görüntünü qarşılaşdıraraq, eyni tipli epizodlarda hakimlərin verdiyi fərqli qərarları müzakirə edirlər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti