Azərbaycan Kuboku və Premyer Liqanın qalibi üçün Türkiyədə...

08:20 Hadisə 181
Azərbaycan Kuboku və Premyer Liqanın qalibi üçün Türkiyədə...

Azərbaycan Kuboku və Misli Premyer Liqasında 2025/2026 mövsümünün yekunlarına əsasən təqdim olunmaq üçün yeni dizaynda kuboklar hazırlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

O, hər iki kubokun Türkiyədə hazırlandığını sözlərinə əlavə edib:

"Misli Premyer Liqasının kubokunda bu mövsüm iştirakçı komanda sayına uyğun olaraq ulduzların sayı 10-dan 12-yə artırılıb.

Azərbaycan Kubokunun qalibinə veriləcək mükafata isə sponsora uyğun elementlər əlavə edilib.

Kubok və medallar müqavilə əsasında Türkiyədə bu sahədə ixtisaslaşmış və əvvəlki mövsümlərdə də Peşəkar Futbol Liqasının əməkdaşlıq etdiyi şirkət tərəfindən dizayn olunub və istehsal edilib.

Misli Premyer Liqasında isə sonda hansı komandanın titula sahib çıxmasından asılı olmayaraq, çempionluq rəsmiləşdikdən sonra mükafatlandırma mərasiminin yeri və məkanı ilə bağlı Peşəkar Futbol Liqası tərəfindən yekun qərar veriləcək".

Misli Premyer Liqasında 28 turdan sonra "Sabah" 69 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci pillədə qərarlaşıb.

Mayın 13-də, Azərbaycan Kubokunun finalında isə "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!