xBraziliyalı influenser və hüquqşünas Deolane Bezerra Neymarla əlaqəli fonda 170 min funt sterlinq köçürməsindən sonra araşdırmanın mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, polis onun hesablarında böyük məbləğli pul hərəkətlərini aşkarlayıb.
Bir ay ərzində 778 min funt sterlinqdən çox vəsait dövriyyəsi olub.
İstintaqın məlumatına görə, bu pullar qeyri-qanuni qumar, fırıldaqçılıq və narkotik dövriyyəsindən əldə olunan vəsaitlərin yuyulması üçün influenserlər və musiqiçilərdən istifadə edən kriminal şəbəkə ilə əlaqəli ola bilər.

Bildirilir ki, Bezerra əvvəlcə prodakşn şirkətindən təxminən 63 min funt sterlinq alıb, daha sonra 170 min funt sterlinqi fonda, 161 min funt sterlinqdən çox vəsaiti isə avtosalona köçürüb.
Bu əməliyyatların aydın biznes məqsədi olmadığı üçün şübhələr doğurur.
Neymarın özü iş üzrə fiqurant deyil. Axtarışlar zamanı avtomobillər, zinət əşyaları, silahlar, texnika və nağd pul müsadirə edilib. Araşdırma davam edir, Bezerra isə yeni ittihamlarla bağlı açıqlama verməyib.
O, daha əvvəl də qanunsuz mərc və dələduzluq işləri üzrə saxlanılıb. Lakin günahını inkar edib.





