“Qarabağ”da və millimizdə çıxışları ilə tanınan veteran futbolçu Qara Qarayevin həyatı və karyerasından bəhs edən “Qara Qarayev” kitabı işıq üzü görüb.
Sportinfo.az xəbər verir ki, bu haqda Presssport.az-a kitabı sifariş edən TEAS Press Nəşriyyat Evi tərəfindən məlumat verilib:
"Bu yaxınlarda TEAS Press Nəşriyyat Evi məşhur futbolçu Qara Qarayev haqqında kitab nəşr edərək oxucuların ixtiyarına verib. Kitabda Qara Qarayevin həyatı və karyerası bədii formada təqdim olunur.
28 aprel, saat 13:00-da Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) kitabın təqdimat mərasimi keçiriləcək və Qara Qarayev fanatlar üçün kitabı imzalayacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Amma iştirak üçün mütləq qeydiyyatdan keçmək lazımdır".
Onu da bildirək ki, kitab Murad Aksoy tərəfindən yazılıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

