AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 28-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
O, baş hakim İnqilab Məmmədovun "Zirə" - "Neftçi" oyununda qonaqların sərt reaksiya göstərdiyi qol epizodunda yanlış qərar verdiyini bildirib.
90+4-cü dəqiqədə ev sahiblərinin vurduğu qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınıb. “Zirə”nin kapitanı Ruan Renatonun oyundankənar vəziyyətdə olmasına və “Neftçi”nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq,
VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etməyib. “Neftçi”nin futbolçuları və rəhbərliyi epizoda kəskin etiraz bildiriblər.
Qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərilib.
“Neftçi“ tərəfdarlarına kiçik təsəlli ola biləcək xəbərimiz var - İnqilab Məmmədov və Nicat İsmayıllı cəzasız qalmayıb.
Hakimlər Komitəsi hər iki hakimi 5 oyunluq cəzalandırıb. Onların mövsümün sonunadək təyinat almaması gözlənilir.
SPORTİNFO.AZ

