“Azərbaycan və Türkiyə liderləri İrəvana dəvət olunublar”

28 Oktyabr 2025 07:40 Hadisə 495
“Azərbaycan və Türkiyə liderləri İrəvana dəvət olunublar”

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar”.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.

“Dəvətlər hələlik şifahi şəkildə göndərilib”, - Mirzoyan əlavə edib.

Avropa Siyasi Birliyinin növbəti sammitləri 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti