"Qarabağ"ın rəqibi səfər qələbəsi qazandı - Niderland çempionatında

27 Oktyabr 2025 10:00 Hadisə 633
"Qarabağ"ın rəqibi səfər qələbəsi qazandı -  Niderland çempionatında

Niderland çempionatında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" səfərdə "Tvente"nin qonağı olub.

Qarşılaşma Amsterdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Ayaks" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

"Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti