Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verdi

07:10 Hadisə 111
Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verdi

Azərbaycan öz ərazisindən Rusiyadan Ermənistana malların tranzitinə icazə verməyə hazır olduğunu təsdiqləyib.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyanın paytaxtı Kuala-Lumpurda ASEAN tədbirləri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Overçukun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi öz dəmir yollarından istifadə etməklə Rusiyadan Ermənistana məhsul tranzitinə razılıq verdiyini bildirib.

“İki gün əvvəl Azərbaycan tərəfi Rusiyadan Ermənistana məhsulların tranziti üçün öz dəmir yollarının istifadəsinə razılıq verdiyini təsdiqlədi. Bu istiqamətdə artıq mühüm irəliləyişlər var.

Hazırda “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla birlikdə təşkilati məsələləri müzakirə edir. Kənd Təsərrüfatı Nazirliyinə də yeni logistika marşrutunun işlənməsi ilə bağlı göstəriş verilib”, – deyə Overçuk qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu