Şəkidə “D” aldılar

27 Oktyabr 2025 03:40 Hadisə 748
Şəkidə “D” aldılar

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!