Qəzada ölən tanınmış hücumçunu bu cür yad etdilər - FOTO

24 Oktyabr 2025 15:40 Hadisə 625
Qəzada ölən tanınmış hücumçunu bu cür yad etdilər - FOTO

“Ayntraxt Frankfurt” Çempionlar Liqasının üçüncü turu çərçivəsində “Liverpul”la keçirilən matçdan öncə mərhum futbolçu Dioqo Jotanın xatirəsini anıb.

Sportinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, matçdan öncə “Deutsche Bank Park” stadionunun elektron tablolarında Jotanın adı və nömrəsi əks olunub, stadion diktoru isə onun adını “Liverpul”un heyəti arasında səsləndirib.

Portuqaliyalı hücumçu bu ilin iyul ayında İspaniyada baş vermiş avtomobil qəzasında qardaşı ilə birlikdə həlak olmuşdu. O “Liverpul”da 20 nömrəli formanı geyinirdi.

Bu qarşılaşmada “Liverpul” “Ayntraxt” üzərində 5:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti