1 il müddətinə əlavə dəyər vergisindən azad olacaq - Elektrik avtomobilləri ilə bağlı mühüm qərar

24 Oktyabr 2025 08:10 Hadisə 600
1 il müddətinə əlavə dəyər vergisindən azad olacaq - Elektrik avtomobilləri ilə bağlı mühüm qərar

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti