Komandamızla oyuna ev sahibliyi etmək istəmədi - “Stad de Frans”

20 Aprel 2025 09:00 Hadisə 881
Komandamızla oyuna ev sahibliyi etmək istəmədi - “Stad de Frans”

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin səfərdə Fransa ilə qarşılaşacağı stadion müəyyənləşib.

Sportinfo.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, matç Parisdəki “Park De Prens” stadionunda təşkil olunacaq.

Həmçinin Fransa millisi qrupun digər ev oyunlarında İslandiya (9 sentyabr) və Ukraynanı (13 noyabr) da sözügedən arenada qəbul edəcək. 48 minə yaxın azarkeş qəbul edən bu stadionda PSJ ev oyunlarını keçirir.

O da qeyd olunub ki, oyunlarla bağlı “Stad de Frans” stadionu ilə razılığa gələ bilməyiblər.

Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi