“Turan”dan ayrılandan sonra bəxtı və ayağı “açıldı” - İndi hər oyun qol vurur

17 Mart 2025 02:20 Hadisə 644
“Turan”dan ayrılandan sonra bəxtı və ayağı “açıldı” - İndi hər oyun qol vurur

Bu qış transfer pəncərəsi dövründə gözlənilmədən “Turan Tovuz”dan ayrılan Oto Con yeni klubu olan Liviyanın “Əl-Mədinə”də uğurlu oyunlar keçirir.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu Liviya çempionatında fevralın 11-dən bəri meydana çıxdığı 4 oyunun hamısında qol vurub.

Nigeriyalı “Əl-İttihad”, “Əl-Əhli”, “Əl-Dəhrə” və “Əl-Vətən” komandaları ilə matçlarln hər birində 1 qol vurmağı bacarıb.

Maraqlıdır ki, son 3 görüşdə Oto Con 90-cı dəqiqələrdən sonra rəqib qapılarından top keçirib.

Oto Con bu mövsüm “Turan Tovuz”un heyətində bütün turnirlərdə 22 oyunda meydana çıxmış və 5 qol vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT