Aşağı liqa futbolçusunun cəsədi tapıldı - Gecə klubundan içkili halda çıxıbmış

6 Fevral 2025 15:40 Hadisə 820
Aşağı liqa futbolçusunun cəsədi tapıldı - Gecə klubundan içkili halda çıxıbmış

Xorvatiyalı futbolçu Yakov Jelkiçin cəsədi tapılıb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, onun cəsədi İspaniyanın Alikante şəhərində tapılıb.

Polisin gözdən keçirdiyi videolarda İsveçrənin 3-cü divizion klubu “Qranj Pakkot”un 24 yaşlı sabiq oyunçusunun Aralıq dənizi limanı yaxınlığında gecə klubundan içkili halda çıxdığı görülüb.

Cəsədin analizi zamanı mərhum futbolçunun ağciyərlərində dəniz suyu aşkarlanıb və onun boğularaq öldüyü qənaətinə gəlinib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı