“2010-cu ildə “qızıl top” verilməyəndə məni qarət etdilər"

1 Noyabr 2024 22:00 Hadisə 832
“2010-cu ildə “qızıl top” verilməyəndə məni qarət etdilər"

Niderland millisinin və “Real”ın keçmiş yarımmüdafiəçisi Uesli Sneyder hesab edir ki, o, 2010-cu ildə “qızıl top”u qazanmalı idi.

Sportinfo.az “Football Talk”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu 14 il keçməsinə baxmayaraq, insanların hələ də bunu müzakirə etməsinin onu sevindirdiyini bildirib:

“2010-cu ildə “qızıl top” verilməyəndə məni qarət etdilər. 14 il keçməsinə baxmayaraq, insanların hələ də bunu müzakirə etməsi məni sevindirir.

Bir çox insanlar mənə bunun quldurluq olduğunu deyirlər”.

2010-cu ildə “qızıl top”un qalibi Lionel Messi olmuşdu. Sneyder həmin mövsümdə “İnter”lə birlikdə İtaliya çempionu və UEFA Çempionlar Liqasının qalibi adını qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda