Onun sevgilisini gördü, gülməli vəziyyətə düşdü: "Bəs sən hara baxırdın?" - VİDEO

23 İyun 2024 02:30 Hadisə 973
Onun sevgilisini gördü, gülməli vəziyyətə düşdü: "Bəs sən hara baxırdın?" - VİDEO

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger televiziyada işləyərkən komik vəziyyətə düşüb.

Sportinfo.az xəbər verrir ki, o, Avro-2024-ün Çexiya - Portuqaliya oyununda (1:2) ekspert kimi çalışıb.

Matçın fasiləsi zamanı verilişdə Kriştiano Ronaldonun evində oğlu, kiçik Kriştianonun 14 yaşının tamam olması münasibəti ilə keçirilən tədbirin görüntüləri nümayiş etdirilib.

Ronaldonun sevgilisi Corcina Rodrigez kamera qarşısından keçərkən Şvaynştayger “kadrda maraqlı bir şey var” deyib.

Aparıcı Ester Sedlasek bu ifadəni Corcinanın ombasına iltifat kimi qəbul edib. "Oh, Basti!" - deyə cavab verib.

Şvaynştayger öz şərhini maraqlı formada əsaslandırıb. O, "atası Portuqaliya millisində oynasa da, kiçik Kriştiano Almaniya millisinin formasını geyinib və bu onun üçün maraqlı olub" deyib. Daha sonra isə aparıcıya "Bəs sən hara baxırdın?" - sualını verib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”