
Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə özü məlumat verib.
Konor X hesabında fotosunu paylaşaraq “İrlandiya, sizin prezidentiniz” başlığını yazıb.
Konor Makqreqor iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub.