Balakəndə faciəvi şəkildə ölən Günay tanınmış idmançı imiş... FOTOLAR

4 Dekabr 2023 22:40 Hadisə 1 525
Balakəndə faciəvi şəkildə ölən Günay tanınmış idmançı imiş... FOTOLAR

Keçən həftə Balakən rayonunda baş verən ağır yol qəzasında vəfat edən 26 yaşlı Günay İsmayılova barəsində yeni məlumatlar yayılıb.

Sportinfo.az xəbər verir ki, Balakənin Hənifə kəndindən olan G.İsmayılova voleybolçu olub və Bakıda yaşayırmış.

O, hadisə baş verərkən Bakıdan yaxınlarının yaşadığı rayona gedibmiş.

Rayonun Şambul kənd inzibati ərazisində "Mercedes" markalı avtomobillərin toqquşduğu hadisədə Günayla yanaşı 1974-cü il təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu da vəfat edib.

Daha 5 nəfər isə xəsarət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu