COP29

Şahruddin Şeydayevin döyülməsinə necə reaksiya verdi? – VİDEO+FOTO

1 Dekabr 2023 00:50 Hadisə 838
Şahruddin Şeydayevin döyülməsinə necə reaksiya verdi? – VİDEO+FOTO

Xəbər verdiyimiz kimi, Asiya Çempionlar Liqasında keçirilən “Zheijang” - “Buriram United” matçından sonra futbolçular arasında kütləvi dava düşüb.

Kütləvi davada Tailandın “Buriram United” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev də iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, rəqib futbolçu ilə əlbəyaxa dava zamanı Çin klubunun üzvləri tərəfindən təklənib və döyülüb.

Ramil Şeydayev sözügedən davaya instaqram hesabında da reaksiya bildirib.

O, davadan görüntü paylaşaraq, “Mən hələ də burdayam, sadəcə mənə yeri göndər” sözlərini yazıb.

Bu arada millinin qapıçısı Şahruddin Məhəmmədəliyev də dava ilə bağlı zarafatından geri qalmayıb.

O, instaqram hesabında məşhur cizgi filmindən epizod paylaşaraq sabiq komanda yoldaşı ilə zarafat edib.


Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"