Şuşanın girişinə qoyulan erməni tankı götürüldü - VİDEO+FOTOLAR

23 Sentyabr 12:30 Hadisə 288
Şuşanın girişinə qoyulan erməni tankı götürüldü - VİDEO+FOTOLAR

1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “​qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb.

Bu barədə görüntülər sosial media hesablarında yayılıb.

Sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.


Digər Xəbərlər
Xəbər Lenti