Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

30 Sentyabr 2022 16:30 Hadisə 726
Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı