Azərbaycanlı məşqçi İtaliya futbolunun əfsanəsinə xəbər göndərdi – "Görüşə bilərik?"

30 Sentyabr 2022 11:40 Hadisə 699
Azərbaycanlı məşqçi İtaliya futbolunun əfsanəsinə xəbər göndərdi – "Görüşə bilərik?"

“Türkiyəyə gəlişimi menecerim təşkil etdi və çox yaxşı qarşılandım“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev deyib.

42 yaşlı çalışdırıcı hazırda “Qalatasaray”ın düşərgəsindədir. O, İstanbulda “cim-bom”un baş məşqçisi Okan Burukla görüşüb.

Hacıyev həmkərına üzərində onun adı yazılmış “7” nömrəli formanı hədiyyə edib.

Maydan bəri işsiz olan mütəxəssis bir həftə burada qalacaq və əsas komandanın məşq prosesini izləyərək təcrübə keçəcək:

“Okan Buruk və digər məşqçilərlə hər gün görüşüb danışırıq. Söhbətlərimiz səmərəli keçir, futbola bağlı xeyli fikir mübadiləsi aparırıq.

“Qalatasaray“ böyük klubdur və buradakı məşqçilərin iş prinsipləri mənə çox maraqlıdır. Fikrim var ki, Andrea Pirlo ilə də görüşüm.

Bilirsiz ki, italiyalı hazırda “Fatih Karagümrük“ü çalışdırır. Onunla danışa biləcəyim mövzular kifayət qədərdir.

Hər halda İtaliya futbolunun əfsanəsidir, “Milan“ və “Yuventus“ kimi məşhur klubların lideri olub. Təcrübə toplamaq indi mənə çox vacibdir.

Fürsət yaranmışkən, bunu dəyərləndirmək lazımdır. Menecerim indi Pirlo ilə görüşü təşkil etməyə çalışır“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı