ABŞ-dan gəldilər, Azərbaycanın idman naziri ilə görüşdülər

30 Sentyabr 2022 02:30 Hadisə 384
ABŞ-dan gəldilər, Azərbaycanın idman naziri ilə görüşdülər

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının idman mütəxəssisləri Con Smit və Sali Robertsi qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş zamanı nazir qonaqları salamlayıb və ölkəmizdə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkür edən amerikalı mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançılarımızın uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.

​Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu