Yeni qapıçı transfer edəcək? - "Qarabağ"la oyundan öncə

29 Sentyabr 2022 12:40 Hadisə 491
Yeni qapıçı transfer edəcək? - "Qarabağ"la oyundan öncə

"Olimpiakos" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb komandanın əsas qolkiperi Tomaş Vatsliklin zədələnməsidir.

O, Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Təcrübəli qapıçı uzun müddət yaşıl meydanlardan kənarda qalarsa, Pirey təmsilçisi PAOK-un keçmiş çərçivə qoruyucusu Aleksandros Pasxalakisi heyətinə qatacaq.

Cənubi Koreya yığmasının heyətində zədələnən hücumçu Hvan Uy Conun isə durumu ciddi deyil. Onun "Qarabağ"a qarşı matçda oynayacağı gözlənilir.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti