"Qarabağ"ın diqqətinə - Bir vinger, bir müdafiəçi transfer etdilər

12 Avqust 2022 02:40 Hadisə 1 023
"Qarabağ"ın diqqətinə - Bir vinger, bir müdafiəçi transfer etdilər

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" heyətini 2 yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Plzen təmsilçisi "Real Ovyedo"dan Erik Jirkanı transfer edib.

24 yaşlı slovakiyalı vingerlə 2025-ci ilin yayına kimi nəzərdə turulan müqavilə imzalanıb.

Plzen təmsilçisi "Siqma"dan müdafiəçi Vatslav Yemelkanı da transfer edib. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

"Qarabağ" "Viktoriya" ilə ilk matçı 17 avqust tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Cavab oyunu ayın 23-ü Çexiyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu