"Neftçi" burada fərqi hiss edəcək, onlar səfərdə problem yaşayır"

10 Avqust 2022 19:20 Hadisə 1 111
"Neftçi" burada fərqi hiss edəcək, onlar səfərdə problem yaşayır"

"İstinad nöqtəsi əslində dəyişməyib.

"Neftçi" bir neçə saat təyyarədə uçduqdan və bura çatdıqdan sonra iqlim fərqini hiss edəcək, azarkeşlərimizlə tam fərqli oyun olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer evdə "Neftçi"yə qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

43 yaşlı mütəxəssis pley-offa çıxmaq şanslarının davam etdiyini bildirib:

"Bundan necə yararlanacağımız isə özümüzdən asılıdır. "\Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır".

Avstriyalı baş məşqçi görüşün əhəmiyyətini xüsusi vurğulayıb:

"Hər şey göz qabağındadır. Günümüzün korlanmasına icazə verə bilmərik.

Penaltilər seriyasını istəmiriksə, oyunu iki top fərqi ilə qazanmalıyıq. Bizə də məhz bu lazımdır. Amma oyunun startında riskə girməyəcəyik".

Avqustun 11-də Vyanadakı "Alyants" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti