Klub prezidenti "Qarabağ"la bağlı paylaşım etdi - FOTO

9 Avqust 2022 03:30 Hadisə 864
Klub prezidenti "Qarabağ"la bağlı paylaşım etdi - FOTO

"Ferentsvaroş"un prezidenti Qabor Kubatov instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Macarıstan klubunun rəhbəri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ"la cavab görüşü öncəsi futbolçularına səslənib:

"Yaşıl qartallar, uçmaq zamanıdır. Çərşənbə axşamı saat 20:00-da “Ferentsvaroş” – “Qarabağ” matçı var. İrəli uşaqlar, mübarizə aparıb, davam etmək zamanıdı".

"Qarabağ" - "Ferentsvaroş" matçı 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasında ikinci görüş avqustun 9-da Bakı vaxtilə 22:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti