
Peşəkar Futbol Liqasının (PFL) Ramin Musayev dönəmi başa çatdı.
2008-ci ildə qurumun başına keçən «Neftçi»nin sabiq vitse-prezidenti ötən həftəsonu bu postu Elxan Səmədova təhvil verdi.
20 ildən artıq müddətdə ölkə futboluna xidmət edən, istər klubda, istərsə də PFL-də qazandığı nəticələrlə yadda qalan Ramin Musayev artıq bundan sonra rahat istirahət edə bilər.
Sevimli məşğuliyyəti də öz yerində. Əslən Gürcüstanın Borçalı mahalından olan funksioner gözəl saz çalmağı var imiş…
Sportinfo.az həmin görüntüləri əldə edib. Onun «Yanıq Kərəm»i necə ürəkdən ifa eləməsinə baxmağa dəyər.
Videonu bu linkə daxil olaraq izləyə bilərsiz: