Braziliyalı "Qəbələ"yə qarşı oynamayacaq - Problemi ciddidir

6 İyul 2022 22:40 Hadisə 423
Braziliyalı "Qəbələ"yə qarşı oynamayacaq - Problemi ciddidir

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Fehervar” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Macarıstan təmsilçisi Alef dos Santos Saldanyanı itirib.

Məşq zamanı ciddi zədə alan 27 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Braziliyalı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Təcrübəli oyunçu son mövsümdə "Fehervar"ın heyətində meydana çıxdığı 17 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti