Bakıya gələcək - Mərkəz müdafiəçisini "Şaxtyor"dan icarəyə götürdülər

02:50 Hadisə 92
Bakıya gələcək - Mərkəz müdafiəçisini "Şaxtyor"dan icarəyə götürdülər

"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi "Torpedo" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.azxəbər verir ki, Kutaisi təmsilçisi Luka Latsabidzeni transfer edib. 22 yaşlı mərkəz müdafiəçisi Donetsk "Şaxtyor"undan 1 illik icarə əsasında "Torpedo"ya keçib.

Gürcüstan futbolunun perspektivli müdafiəçilərindən sayılan Latsabidze karyerası ərzində Tbilisi "Dinamo"su, "Şaxtyor", Odessa "Çernomorets"i və Danimarkanın "Vayle" klublarında çıxış edib.

O, Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının üzvü olub və hazırda U-21 millisinin liderlərindən sayılır. Futbolçu ölkəsinin əsas millisinə də dəvət alıb.

"Zirə" iyulun 8-də "Torpedo" ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti