“Qarabağ”la oyundan əvvəl qol vura bilmədilər - Aşağı liqada

6 İyul 02:20 Hadisə 715
“Qarabağ”la oyundan əvvəl qol vura bilmədilər - Aşağı liqada

Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Vestri” İslandiya çempionatının I Liqasında (statusuna görə yüksək liqadan sonra) növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Qrindavik”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

Bu nəticədən sonra “Vestri” xalını 21-ə çatdırıb. Komanda 13 turdan sonra İslandiya I Divizionunun turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

“Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 9-da Bakıda, cavab görüşünü isə iyulun 16-da Reykyavikdə “Vestri”yə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!