Komandanın başına keçdi, ayrı yaşamaqdan imtina elədi

6 İyul 2022 15:00 Hadisə 919
Komandanın başına keçdi, ayrı yaşamaqdan imtina elədi

“Turan Tovuz”un yeni baş məşqçisi Ayxan Abbasov yerli azarkeşlərin ona olan rəgbətini bir qədər də artıran maraqlı qərar verib.

Ötən ay region təmsilçisinin sükanı arxasına əyləşən gənc mütəxəssis onun üçün ayrılan mənzildə yaşamaqdan imtina edib.

Klub büdcəsinə qənaət etməyi lazım bilən çalışdırıcı bazada yaşamağa üstünlük verib və bununla futbolçulara daha yaxın olmağı lazım bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti