Prosineçkinin tərəfdarları yeni baş məşqçini mətbuat konfransından qovdu – VİDEO+FOTOLAR

6 İyul 2022 02:50 Hadisə 783
Prosineçkinin tərəfdarları yeni baş məşqçini mətbuat konfransından qovdu – VİDEO+FOTOLAR

"Olimpiya" (Lyublyana) azarkeşləri baş məşqçi Robert Prosineçkinin istefaya göndərilməsinə narazılıqlarını bildiriblər.

Sportinfo/az xəbər verir ki, bu səbəbdən fanatlar komandanın sükanı arxasına yenicə təyinat alan Albert Ryeranın təqdimatı üçün təşkil olunan mətbuat konfransına basqın ediblər.

Maskalı tərəfdarlar ispaniyalı mütəxəssisə hədə-qorxu gəliblər. Nəticədə o, konfrans zalını tərk etməli olub.

Sloveniya mətbuatı Robert Prosineçkinin rəhbərliklə fikir ayrılığına və içki aludəçisi olduğuna görə qovulduğunu yazıb.

53 yaşlı mütəxəssis 2014 - 2017-ci illərdə Azərbaycan milli komandasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?