FIFA qərarını dəyişdi, bu ölkəni dünya səhnəsinə qaytardı

4 İyul 2022 00:00 Hadisə 969
FIFA qərarını dəyişdi, bu ölkəni dünya səhnəsinə qaytardı

FIFA Pakistan Futbol Federasiyası ilə bağlı qərarını dəyişib.

Sportinfo.az xəbər verir ki, xeyli müddət idi dünyanın ali futbol qurumu tərəfindən cəzalı olan bu ölkə bağışlanıb.

Belə ki, qurumun rəsmi saytında Pakistanın yenidən üzvlüyə qəbul olunduğu açıqlanıb. Eyni zamanda, bu ölkənin futbolu ilə bağlı bütün məhdudiyyətlər də aradan qaldırılıb.

FIFA ötən il aprelin 7-də təşkilatın işinə müdaxilə edilməsini əsas göstərərək Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti