Növbəti keçid - Bu dəfə “Seltik”in yarımmüdafiəçisini aldılar

1 İyul 2022 02:40 Hadisə 714
Növbəti keçid - Bu dəfə “Seltik”in yarımmüdafiəçisini aldılar

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Tel-Əviv təmsilçisi "Seltik"dən Nir Bittonu transfer edib.

Bu barədə İsrail klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Nir Bitton 2013-cü ildən "Seltik"də çıxş edirdi. İsrailli futbolçu son mövsümdə Şotlandiya klubunun heyətində meydana çıxdığı 38 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda keçiriləcək, cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM