Medina “CBC Sport”un şərhçisi oldu, Patrik qol vurdu, Kadi kənarda qaldı - VİDEOLAR

21 May 2022 23:20 Hadisə 711
Medina “CBC Sport”un şərhçisi oldu, Patrik qol vurdu, Kadi kənarda qaldı - VİDEOLAR

“Qarabağ”lıların əhvalı yerindədir.

Çempionluğu Premyer Liqanın başa çatmasına 3 tur qalmış bayram edən komanda üzvləri son həftələri yüksək əhval-ruhiyyədə keçirir.

Bu dəfə diqqət mərkəzinə bir neçə gün öncə “Qarabağ”la sözləşməsinin müddətini 2025-ci ilin yayına qədər uzadan Kevin Medina düşüb.

Kolumbiyalı müdafiəçi özünü şərhçi rolunda sınamaq qərarına gəlib və bu, onda kifayət qədər uğurlu alınıb.

Belə ki, “CBC Sport” əməkdaşları “Qarabağ”ın məşqindən süjet hazırlayarkən, Medina mikrofonu əlinə alaraq komandasının kombinasiyalı hücumunu şərh edib.

Həmin hücum zamanı top 9 ötürmədən sonra rəqib qapısının toruna qovuşub. Qolun müəllifi isə Kevinin yaxın dostu Patrik Andrade olub. Hər nə qədər maraqlı olsa da, qolun vurulmasında Kadi Borges “iştirak etməyib”.

Kolumbiyalının “instagram”da paylaşdığı həmin video böyük marağa səbəb olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti