Mahirlə rəqabət apara bilmədi - “Legiya”dan göndəriləcək 3 futbolçu

7 Dekabr 2021 23:00 Hadisə 1 439
Mahirlə rəqabət apara bilmədi - “Legiya”dan göndəriləcək 3 futbolçu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın qış fasiləsində vidalaşacağı 3 oyunçu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunlar hücumçular Tomaş Pexart, Rafael Lopeş və yarımmüdafiəçi Andre Martinşdir.

Ötən mövsüm Varşava təmsilçisinin heyətində 22 qolla Ekstraklasanın bombardiri olmuş Pexartın rəqabətdə Emreliyə uduzması səbəbindən göndəriləcəyi iddia olunur.

Mahir Emreli "Legiya"ya cari mövsümün əvvəlində "Qarabağ"dan keçib. Hazırda onun aktivində 10 qol var.

Digər Xəbərlər
Xəbər Lenti