Son dəqiqədə vurulan qələbə qoluna sevinən məşqçi öldü - VİDEO

5 Dekabr 2021 00:00 Hadisə 863
Son dəqiqədə vurulan qələbə qoluna sevinən məşqçi öldü - VİDEO

Misirin futbol üzrə 2-ci divizionunda keçirilən “Əl Maqd” – “Əl Zarka” oyununda faciəvi hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Əl Maqd” 90+2-ci dəqiqəsində qol vurub və oyunda hesabı açıb.

Bu zaman qələbə qoluna sevinən meydan sahibi komandanın məşqçisi Ədhəm Əl-Selhedar sevincindən huşunu itirərək yıxılıb.

Ürək tutması keçirən məşqçi xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti