Fransalı hücumçu bunu "Qəbələ"də etmişdi, indi də…

2 Dekabr 2021 11:20 Hadisə 1 029
Fransalı hücumçu bunu "Qəbələ"də etmişdi, indi də…

"Qəbələ" və "Neftçi"nin sabiq legioneri Baqali Dabo şəxsi rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu buna hazırda çıxış etdiyi Kipr "Apollon"unun heyətində ardıcıl 4 çempionat oyununda fərqlənməklə nail olub.

33 yaşlı forvard VIII, IX, X və XI turlarda müvafiq olaraq, "Olimpiakos", "Doksa", PAEEK və "Anortosis" komandalarının qapısına qol vurub.

Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"nin, 2018 - 2020-ci illərdə isə "Neftçi"nin formasını geyinib.

O, 2017/2018 mövsümündə əyalət təmsilçisinin heyətində ardıcıl olaraq "Sumqayıt", "Neftçi", "Kəpəz" və "Keşlə" ilə görüşlərdə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR