Oğrular küçənin ortasında millinin kapitanını daşla vurub öldürdü

7 Avqust 12:20 Hadisə 499
Oğrular küçənin ortasında millinin kapitanını daşla vurub öldürdü

Uqanda millisinin və “SC Villa”nın kapitanı Devid Ovori öldürülüb.

Sportinfo.az xəbər verir ki, o, paytaxt Kampalada yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Quldur dəstəsi onun telefonunu və qiymətli əşyalarını oğurlamağa çalışıb. Müqavimət göstərən 27 yaşlı futbolçu başına dəyən daşlardan sonra həyatını itirib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM