«Şəfa» öncədən anlaşdığı legionerlə münasibətlərini rəsmiləşdirə bilməyib.
21 ildən sonra elitanın yolunu tutan paytaxt təmsilçisi Saliou Quindo ilə «nigah»a girməyib.
Buna səbəb 29 yaşlı legionerin sağlıq durumudur.
Belə ki, adıçəkilən hücumçu Bakıda tibbi yoxlanışdan keçə bilməyib. Mali yığmasının üzvünün ürəyində problem aşkarlanıb.
O, son olaraq Albaniyada çıxış edib və «Dinamo Siti»nin şərəfini qoruyub.
Afrikalı forvard indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fil Dişi Sahili, Tunis, Türkiyə, Hindistan, İsrail və Yunanıstanda çıxış edib.
"Şəfa" bunadək 13 oyunçu ilə anlaşıb.
Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko (İsveçrə) və Kristofer Mamengi (“Priştina”, Kosovo) ilə müqavilə bağlanılıb.
SPORTİNFO.AZ

