Birini “Qəbələ”dən apardı, o birini “Sabah”a gətirdi

7 Avqust 16:40 Hadisə 1 155
Birini “Qəbələ”dən apardı, o birini “Sabah”a gətirdi

Ötən mövsüm “Qəbələ”nin heyətində parlaq oyunu ilə seçilən Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək.

20 yaşlı cinah hücumçusu “DAC 1904”lə 3 illik sözləşməyə imza atdı. “Qəbələ” Prinsin tramsferindən 250 min avro, təxminən yarım milyon manat qazanc əldə etməklə büdcəsinə rəng qatdı.

Başqa bir 20 yaşlı nigeriyalı isə Azərbaycan klubuna transfer olundu.

“Şeffild Yunayted” klubuna məxsus Kristian Nvaçukvu bundan sonra “Sabah”ın uğurları üçün tər tökəcək.

Aaron Maludanın “Bazel”ə transferindən gəlir əldə “bayquşlar” bu keçidə görə İngiltərə təmsilçisinə təzminat ödəyib. Yeri gəlmişkən, Kvaçukvu Maludanın boşluğunu unutdurmağa çalışacaq.

Bu iki afrikalını birləşdirən ortaq cəhət hər ikisinin eyni şirkətlə əməkdaşlıq etməsidir.

“HCM Sports Managemant” adlı şirkət Avropa və Asiyanın tanınmış klubları ilə əməkdaşlıq etməsiylə seçilir. Siyahıda “Ferenetsvaroş”, “Bazel”, “Genk”, “Beşiktaş” kimi klubların adları var.

Xüsusən gənc futbolçulara göz qoyan şirkət son illər Azərbaycan Premyer Liqasını diqqətdə saxlamaqla burada oynayan istedadların Avropaya yollanmasına, eyni zamanda “köhnə qitə”dəki futbolçuların ölkəmizə gəlməsinə vasitəçilik edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi