Bu görüntülər ajiotaj yaratdı: Sevgilisi ona xəyanət edir?

7 Avqust 04:00 Hadisə 474
Bu görüntülər ajiotaj yaratdı: Sevgilisi ona xəyanət edir?

Sportinfo.az xəbər verir ki, "Real"ın ulduzu Kilian Mbappenin sevgilisi Ester Esposito Devid Bekhemin oğlu Kruz Bekhemlə birlikdə İtaliyada şəxsi gəmi səyahətində görüntülənib.

Bu dəfə fransız ulduz meydandakı performansı ilə deyil, şəxsi həyatı ilə bağlı iddiaları ilə gündəmə gəlir.

Qayıqdan çəkilən görüntülər ajiotaj  yaratdı: Sevgilisi Mbappeyə xəyanət  edir?

İddialara görə, Mbappenin sevgilisi Ester Espósito, Devid Bekhemin 21 yaşlı oğlu Kruz Bekhem ilə birlikdə İtaliyada şəxsi gəmi səyahətində görüntülənib.

Sürətlə yayılan görüntülər sosial mediada böyük səs-küyə səbəb oldu və cütlüyün birlikdə görünməsi çoxsaylı şərhlərə səbəb olub.

Bəzi istifadəçilər bunun dostcasına bir görüş hesab etsələr də, digərləri görüntülərə əsaslanaraq müxtəlif iddialar irəli sürüblər.

Nə Kilian Mbappe, nə Ester Espósito, nə də Kruz Bekhem hələlik iddialarla bağlı rəsmi açıqlama verməyiblər.

Buna baxmayaraq, görüntülər sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"